Qurudakı bitkilərin mənşəyi

Quru bitkilərinin əcdadı olduğu iddia edilən su yosunları
Xəyali təkamül ssenarisinə görə su yosunlarının quru bitkilərinin əcdadı olduqları və bunların ilk dəfə 450 milyon il əvvəl Paleozoy dövründə təkamül keçirdiyi bildirilir. Son illərdə ortaya çıxan qalıqlar təkamülçülərin yazdıqları bütün ssenarini və təsvir etdikləri təkamül ağacını yıxmışdır. 1980-ci ildə Avstraliyanın qərbində 3.4-3.1 milyard yaşında fosilləşmiş resif qalıqları tapılmışdır.1 Bunlar göy-yaşıl yosun və bakteriyanı xatırladan orqanizmlərdən meydana gəlib. Bu iddia təkamülçülər arasında böyük xaos yaşatdı. Çünki xəyali təkamül ağacı da yıxılmışdı. Bu ağaca əsasən yosunlar 410 milyon il əvvəl Paleozoy dövründə ortaya çıxmışdır. Bu mövzunun maraqlı tərəfi isə ən qədim su yosunu qalıqlarının eynilə bu günkü kompleks yosun strukturlarına oxşamasıdır. Bu mövzuda tədqiqat aparan elm adamları vəziyyəti belə ifadə ediblər:
Daha da maraqlı olan, pleurocapsalean yosunu ilə müasir pleurocapsalean yosununun bir-birlərinə oxşadıqlarının ortaya çıxmasıdır. Bu günə qədər tapılan ən qədim qalıqlar nüvəsiz yosun növündən minerallar içindəki qalıqlaşmış cisimlərdir və bunların üç milyard ildən daha qədim keçmişləri vardır. Primitiv olmalarına baxmayaraq, olduqca kompleks həyat formalarını təmsil edirlər.
Bu məqamda təkamülçülərə belə bir sual verək:
100-150 milyon illik bir müddətdə saysız növdə quru bitkisinin yosunlardan törədiyini iddia edən təkamül nəzəriyyəsi demək olar ki, 1 milyard il əvvəlki yosunlarla bu günkü yosunların  eyni quruluşda olmalarını necə açıqlayırlar?
Təkamül nəzəriyyəsinin müdafiəçiləri bu və buna bənzər bir çox sualı görməməzlikdən gəlir və həqiqətlərdən qaçmağa çalışırlar. Su yosunlarının təkamül hekayəsinin bir başqa tərəfi də, prokariot yosunları eukariot yosundan əmələ gəldiyi, yoxsa eurokariot yosunların prokariot yosundan əmələ gəlməsidir. Bu mövzuda təkamülçülər öz aralarında ziddiyyətdədirlər. Yosunların cinsinə qərar verə bilmirlər. Burada hüceyrə növlərini araşdırmaqda fayda vardır.
Şəkildə görünən yaşıl su yosunu bir hüceyrə ya çox hüceyrəyə sahib olan və fotosintez edə bilən orqanizmdir.
Prokariot hüceyrələr bakteriyaya oxşar, içində orqanella olmayan hüceyrələrdir. Eukariot hüceyrələr isə bitki və heyvan hüceyrələri olub, prokariotlardan daha kompleks quruluşa sahibdirlər. Təkamül nəzəriyyəsi əvvəlcə eukariot hüceyrənin prokariot hüceyrədən təkamül keçirdiyi iddia edib. Ancaq bunun qeyri-mümkün olduğunu anladıqlarında isə tərsini müdafiə etməyə çalışdılar. Lakin bu iddialar da fərziyyədən kənara çıxa bilmədi. Təkamülçü olmasına baxmayaraq, bu mövzuda ziddiyyəti Robert Şapiro belə etiraf edir:
Prokariot yosundan eurokariota keçid çox araşdırıldı, çünki keçid o qədər qarışıq və o qədər ziddiyyət təşkil edirdi ki, bir çox müasir bioloq bu mövzu ilə maraqlanmaqdan tamamilə imtina etdilər. Ziddiyyətlər o qədər böyük idi ki, bəzi tədqiqatçılar sonradan eukariotların prokariotlardan deyil, prokariotların eukariotlardan təkamülləşdiyini iddia etdilər. Fosil qeydləri isə aydın deyildi. Prokariot qalıqlarının pro-kambri dövrü qayalarda mövcud olduğu aydın idi, amma onların mənşəyi ilə əlaqədar şərtləri bilmirik.