İddialar və əsassızlıq

Hüceyrənin yaşaması üçün nəqliyyat RNT-si son dərəcə həyati əhəmiyyət daşıyır. Nəqliyyat RNT-si həm eukariot, (canlı hüceyrələrində) həm də prokariot (bakteriya hüceyrələrində) hüceyrələrdə eyni həyati vəzifələri daşımalarına baxmayaraq, biokimyəvi strukturlarına görə bir-birlərindən fərqlənirlər. “Science”də nəşr olunan bir məqalədə Darnell mövzu ilə əlaqədar belə yazmışdır:
“Nəqliyyat RNT-sinin meydana gəlməsinin biokimyəvi tərkibinə baxdıqda, eukariotlar və prokariotlar müqayisə edildiyində görünür ki, prokariot hüceyrədən eukariot hüceyrə yaranmayıb”.
İndiyə qədər bir neçə nümunəsini verdiyimiz bakteriyalar və bitki hüceyrələrinin arasındakı böyük struktur fərqlilikləri təkamülçü elm adamlarını çətin vəziyyətə salır. Bəzi bakteriyaların və bitki hüceyrələrinin sahib olduqları funksiyalarının ortaq olmasına baxmayaraq, bu strukturlar bir-birlərindən fərqlənir. Hətta bakteriyalarda orqanella olmamasına baxmayaraq, bitki hüceyrələrində kompleks funksiyalara sahib bir çox orqanella olması bitki hüceyrəsinin bakteriya hüceyrəsindən inkişaf etdiyi iddiasını tamamilə etibarsız edir. Prof. Əli Demirsoy aşağıdakı sözləri ilə bu vəziyyəti açıq etiraf edir:
“Kompleks hüceyrələr heç vaxt primitiv hüceyrələrdən təkamül keçirərək meydana gəlməyib”.
Təkamülçülərin bu mövzudakı iddialarının etibarsızlığı   
Bir bakteriya hüceyrəsindən bitki hüceyrələrinin təkamül keçirməsinin mümkün olmadığına baxmayaraq, təkamülçü elm adamları bu həqiqəti görməməzlikdən gələrək bir çox mübahisəli fərziyyələr ortaya atıblar. Ancaq aparılan təcrübələr bu fərziyyələri darmadağın edib.3 Bu fərziyyələrdən ən məşhuru "endosimbiosis" tezisidir. Bu tezis 1970-ci ildə Lin Marqulis tərəfindən ortaya atılmışdır. Marqulis Eukariot “Hüceyrələrin mənşəyi” adlı kitabında bakteriya hüceyrələrinin ortaq və parazit həyatları nəticəsində bitki və heyvan hüceyrələrinə çevrildiklərini iddia edib. Bu nəzəriyyəyə görə, bitki hüceyrələri bir bakteriya hüceyrəsinin başqa fotosintetik bakteriyanı udması ilə meydana gəlmişdir. Fotosintetik bakteriya ana hüceyrənin içində inkişaf edərək xloroplast formasını almışdır. Nəticədə, ana hüceyrədə, necə olubsa, nüvə, holci şəbəkəsi, endoplazmik retikulium və ribosomlar kimi son dərəcə kompleks strukturlara sahib orqanellər inkişaf edib, beləliklə bitki hüceyrələri meydana gəlib.
Təkamülçülərin bu tezisləri xəyali ssenaridən başqa bir şey deyil. Bütün əfsanəvi izahlara baxmayaraq, bu, təkamülçülər tərəfindən ortaya atılan ssenari idi. Çünki təkamülçülər həm bitki hüceyrəsi kimi kompleks bir quruluşun, həm də fotosintez kimi canlılar aləmindəki ən həyati reaksiyanın necə ortaya çıxdığını izah etməli idilər. Marqulisin bu nəzəriyyəsi hüceyrənin sahib olduğu xüsusiyyətə əsaslandığı üçün, digər iddialardan daha üstün qəbul edildi. Buna görə Marqulisin ortaya atdığı tezis təkamülçülər tərəfindən qəbul olundu. Təkamülçülər bitki hüceyrəsinin xüsusiyyətlərinə əsaslanaraq bu nəzəriyyəni müdafiə etdilər. Lakin bu vəziyyət mövzu haqqında əhəmiyyətli işlər görən bir çox elm adamı tərəfindən də tənqid olundu: Bu elm adamlarına nümunə olaraq D. Lloyd4 Gray və Doolittle, 5 Raff və Mahleri göstərə bilərik.
Endosimbiosis tezisi hüceyrənin içindəki xloroplastların ana hüceyrədəki DNT-dən ayrı, öz DNT-lərinin olduğunu bildirirdi. Bu xüsusiyyətə əsaslanaraq  mitoxondri və xloroplastların müstəqil hüceyrələr olduqları irəli sürülüb. Marqulisin endosimbiosis tezisini etibarsız edən cəhətlər bunlardır:
1. Keçmişdə, xloroplastlar müstəqil hüceyrələr olanda, böyük bir hüceyrə tərəfindən udulsaydılar, bunun ancaq bir nəticəsi olardı: ana hüceyrə tərəfindən həzm edilməsi və qida olaraq istifadə edilməsi. Təbii ki, bu vəziyyətə bəzi təkamülçülər "həzm fermentləri yox olmuşdu" deyə bilərlər. Amma bu, açıq bir ziddiyyətdir. Çünki əgər hüceyrənin həzm fermentləri yox olsaydı, o, qidalana bilmədiyi üçün məhv olardı.
2. Xloroplastın əcdadı olduğu iddia edilən hüceyrələrin ana hüceyrə tərəfindən udulduğunu fərz edək. Bu dəfə qarşımıza başqa problem çıxacaq: hüceyrədəki bütün orqanellaların funksiyaları DNT-də şifrələnmişdir. Əgər ana hüceyrə udduğu hüceyrələri orqanella kimi istifadə edəcəksə, onlara aid məlumatı da DNT-sində şifrə olaraq əvvəldən saxlayacaq. Hətta udulan hüceyrələrin DNT-ləri də ana hüceyrəyə aid məlumatlara sahib olmalı idi. Belə bir vəziyyətin reallaşması, yəni hüceyrənin DNT-si ilə udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan uyğunlaşması mümkün deyil.
3. Hüceyrənin daxilində çox böyük uyğunlaşmalar var. Xloroplastlar aid olduqları hüceyrədən müstəqil hərəkət edə bilmirlər. Xloroplastlar zülal sintezi zamanı əsas DNT-dən asılı olduqlarına görə çoxalma qərarını da özləri verə bilməzlər. Hüceyrədə bir xloroplast və mitoxondri yoxdur. Sayları birdən çoxdur. Eynilə digər orqanellalarda olduğu kimi, bunların sayları hüceyrənin fəaliyyətinə görə artır, ya da azalır. Hüceyrə bölünərkən, xloroplastlar ikiyə bölünərək saylarını 2 dəfə artırdıqlarından, hüceyrənin bölünməsi daha qısa müddətdə və ardıcıl olaraq reallaşır.
4. Xloroplastlar bitki hüceyrəsi üçün son dərəcə həyati əhəmiyyəti olan güc generatorlarıdır. Əgər bu orqanellalar enerji hasil edə bilməsələr, hüceyrənin bir çox funksiyası fəaliyyət göstərə bilməz. Bu da canlının yaşaya bilməməsi deməkdir. Hüceyrə üçün mühüm olan bu funksiyalar xloroplastlarda sintez edilən zülallar vasitəsilə reallaşır. Ancaq xloroplastların bu zülalları sintez etməsı üçün DNT-ləri kifayət qədər deyil. Zülalların böyük əksəriyyəti hüceyrədəki əsas DNT-dən sintez edilir.
DNT ilə aparılan təcrübələrdə meydana gələn dəyişikliklər özlərini necə büruzə verə bilər? DNT molekulunda yaranan hər hansı dəyişiklik qətiyyən canlıya yeni xüsusiyyət qazandırmaz, əksinə nəticə zərərli olar. Mahlon B. Hoqland “Həyatın mənşəyi” adlı kitabında bu vəziyyəti belə açıqlayıb:
 DNT-də dəyişikliyin olması onun üçün zərərlidir ki, tutumunun azalmasına gətirib çıxarar. Bir bənzətmə edək: Şekspirin əsərlərinə təsadüfi əlavə olunan cümlələr bu əsəri yaxşılaşdırmayacaq... DNT dəyişiklikləri istər mutasiyar vasitəsilə, istər bizim xaricdən əlavə etdiyimiz genlərlə olsun, həyatı davam etdirmə şansını azaltma xüsusiyyətləri üçün zərərlidir.
Təkamülçülərin bitki hüceyrələrinin meydana gəlməsi haqqında tezisləri bu sxemdəki izahatla yekunlaşdırıla bilər.
Təkamülçülərin iddiaları elmi təcrübələrə və bu təcrübələrin nəticələrinə əsaslanaraq ortaya qoyulmamışdur. Çünki bir bakteriyanın başqa bir bakteriyanı udması kimi bir hadisə heç bir şəkildə müşahidə edilməmişdir. Uitfild (Whitfield) “Hüceyrə təkamülündə simbiozun təhlili” (Book Review of Symbiosis en Cell Evolution) adlı kitabında bu vəziyyəti belə ifadə etmişdir: Prokariotik endosimbiosis (udma) bəlkə də bütün Endosimbiotik nəzəriyyəyə əsaslanan hüceyrəvi mexanizmdir. Əgər bir prokariot bir başqasını daxilinə qəbul etməsə endosimbiozun necə qurulduğunu təxmin etmək olmaz. Təəssüf ki, Manqulia və endosimbioz nəzəriyyə üçün heç bir müasir nümunə yoxdur.
 Bundan başqa elmi iddia olmadığını “Həyat necə əmələ gəlib?” (How Life Began) adlı kitabında L. R. Kroft (L. R. Croft) belə ifadə edib: Bir bakteriyanın başqa bakteriyanı udması heç bir şəkildə müşahidə edilməyib. Xloroplast, ribosom, mitoxondri, lizozom kimi orqanellalar hüceyrədən kənar yaşaya bilmirlər.