Fotosintezin mənşəyi

Əslində indiyə qədər araşdırdığımız bütün bu iddialar bitkilərin təkamül ssenarisini etibarsız etməyə kifayət edir. Amma bütün bu şərhlərə ehtiyac olmadan bir sual ilə təkamülçülərin bütün iddialarını yerlə-yeksan etmək olar: Dünyada bənzəri olmayan bir proses olan fotosintez prosesi necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsinə aid olan ssenariyə görə, bitki hüceyrələri fotosintez etmək üçün fotosintez edən bakteriyaları udub xloroplasta çevirmişlər. Yaxşı, bakteriyalar fotosintez kimi kompleks bir prosesi aparmağı haradan öyrənmişlər? Bəs niyə belə bir prosesi etməyə başlamışlar? Ssenarini uyduranların bu suala da verə biləcəkləri heç bir elmi cavabları yoxdur. Təkamülçü nəşrlərdən birində bu suala belə cavab verilib: İlk dövrlərdə okeanlarda çoxlu sayda bakteriya və qida maddələri daşıyan molekullar vardı. Zaman ərzində okeanlardakı bakteriyaların qidaları azaldı və bakteriyalar qida tapa bilmədilər və birdən bakteriyalar öz qidalarını özləri sintez etməyə başladılar. Bu vaxt yer kürəsinə gələn ultrabənövşəyi və görünən işıq arasından bakteriyalar ultrabənövşəyi süanın zərərli, görünən işığın isə faydalı olduğunu bildilər. Qida əldə etmək üçün zərərli olan ultrabənövşəyi işıqdan deyil, görünən işıqdan istifadə etməyin lazım olduğunu kəşf etdilər.
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər? (Ənkəbut surəsi, 61)   
 Başqa bir təkamülçü qaynaq olan “Yer üzündə həyat” (Life on Earth) adlı kitabda fotosintezin - indiki dövrdə də tam kəşf edilməmiş bir prosesin necə ortaya çıxışını belə izah edirlər: Bakteriyalar əvvəl okeanlarda qidalanırdılar. Sayları artdıqca qida qıtlığı yaranmağa başladı. Fərqli qida qaynağı tapa bilənlər yaşamağa davam edə biləcəklər. Ətraflarında qida axtarmaqdansa öz qidalarını özləri hazırlayacaqdı.
Nağıldan fərqlənməyən bu xəyali fantaziyalar ağıldan və elmdən kənardır. Bir neçə cümlədə ifadə edilən bu şərhin, əslində, hansı mənanı verdiyi bir neçə saniyə ağıl və elm çərçivəsində düşünüldüyündə ortaya çıxır. Birincisi, qida tapa bilməyən hər canlının sonu ölümdür. Dəyişən şey hər canlının nə qədər aclığa dözə bilməsidir. Aclıq vəziyyətindən bir müddət sonra hər canlının bütün funksiyaları qida maddələrinin sərf olunması ilə sona çatır.
Bu həqiqəti görə bilmək üçün elm adamı olmağa ehtiyac yoxdur. Bunu hər insan müşahidə edə bilər. Lakin təkamülçü elm adamları həyati əhəmiyyətə malik bütün funksiyaları ölən canlının zaman ərzində yeni bir qidalanma metodu tapıb, bunu tətbiq etməsini gözləyirlər. Təkamülçü elm adamları təcrübə aparıb bu vəziyyətin reallaşmasını gözləsələr də, qarşılaşacaqları mənzərə çox açıqdır: Bakteriyaların hər biri qısa müddətdən sonra öləcək. Bakteriyaların öz qidasını sintez etməsini gözləyən təkamülçü elm adamlarının başqa problemi isə bu prosesin çətinliyidir. Əvvəlki hissələrdə fotosintez prosesinin reallaşdırılması üçün kompleks strukturlara ehtiyac olduğunu vurğulamışdıq. Həqiqətən də fotosintez prosesi dünyadakı kompleks proseslər sistemidir. Təkamülçü elm adamlarının gözlədikləri şey, inkişaf etmiş texnologiyaya sahib reaktorların belə süni şəkildə reallaşdıra bilmədiyi bu prosesi bakteriyaların kəşf etməsidir.
Fotosintez kimi son dərəcə kompleks bir prosesin təkamüllə öz-özünə meydana gəlməsinin mümkün olmadığını prof. Əli Demirsoy etiraf etmişdir:
Fotosintez olduqca kompleks bir prosesdir və bir hüceyrənin içindəki orqanellada ortaya çıxması qeyri-mümkün görünür. Çünki bütün addımların birdən meydana gəlməsi qeyri-mümkündür, bir-bir ortaya çıxması da mənasızdır. Bu mövzudakı etirafı başqa təkamülçü alim Hoimar Von Ditfurt etmişdir. “Dinozavrların səssiz gecəsi” adlı kitabında Ditfurt fotosintezin sonradan öyrənilməyən proses olduğunu belə qəbul edib:
Heç bir hüceyrə bioloji funksiyanı "öyrənmə" imkanına sahib deyil. Bir hüceyrənin tənəffüs və ya fotosintez funksiyasının olmaması, sonrakı həyat müddətində bunu öyrənməsi, bu funksiyanı təmin edən bacarığı əldə etməsi qeyri-mümkündür.