Yosunlar və quru bitkiləri 

Yosunların quruya keçərək bugünkü quru bitkilərinə çevrilməsi iddiası   
Ssenariyə əsasən, su yosunları dənizlərdəki qabarmalar və çəkilmələr nəticəsində dəniz sahillərinə yapışırlar və bir müddət sonra quru bitkilərinə çevrilərək sahildən uzaqlaşırlar. Görəsən təkamülçülərin bu xəyali fərziyyəsi həqiqətə uyğundurmu? Birlikdə araşdıraq. Su yosunlarının quruya keçmələri ilə əlaqədar yaşayışlarını qeyri-mümkün edən çoxlu faktlar var. Bunlardan mühümləri bunlardır:
1. Quruma təhlükəsi: Suda yaşayan bitki quruda yaşamaq üçün ilk növbədə özünü su itkisindən qorumalıdır. Əks halda bitki quruyacaq. Quru bitkiləri qurumadan qorumaq üçün xüsusi sistemlərlə təchiz edilmişlər. Bu sistemlərdə əhəmiyyətli detallar vardır. Məsələn, bu qoruma elə bir yolla olmalıdır ki, oksigen və karbondioksid kimi qazlar heç bir maneə olmadan bitkinin içinə daxil olub çıxa bilsinlər, həmçinin buxarlanma da təmin olunmalıdır. Belə həssas bir sistemin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin inkişafını milyonlarla il gözləməyə zamanı da yoxdur. Belə bir vəziyyətdə bitki bir müddət sonra quruyar və ölər. Belə xüsusi sistemlər milyonlarla və milyardlarla il keçsə də, təsadüfən meydana gələ bilməyən kompleks sistemlərdir.  
2. Qidalanma: Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa sudan alırlar. Buna görə də quruya çıxıb yaşamağa çalışan su yosununun qidalanma problemi ortaya çıxacaq. Bunu həll etmədən həyatını davam etdirməsi isə qeyri-mümkündür.  
3. Çoxalma: Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün şansı ola bilməz. Quruda çoxalmaları üçün quru bitkilərində olduğu kimi çoxhüceyrəli çoxalma orqanlarına sahib olmalıdırlar. Qurudakı bitkilərin çoxalma hüceyrələri qurumamaq üçün qoruyucu hüceyrələrlə örtülmüşlər.
4. Oksigenin dağıdıcı təsirindən qorunma: Quruya keçdiyi iddia edilən su yosunu oksigeni o ana qədər suda həll olmuş halda qəbul edir. Təkamülçülərin iddiasına görə quruya keçdiyi anda oksigeni havadan birbaşa almaq məcburiyyətindədir. Bildiyimiz kimi, normal şəraitdə havadakı oksigenin orqanik maddələr üzərində dağıdıcı təsiri var.
Quruda yaşayan canlılar bu təsirdən qorunma sisteminə sahibdirlər. Su yosunu su bitkisi olduğundan oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazım olan fermentlərə sahib deyil. Buna görə quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması mümkün deyil. Quruya çıxan  su yosunu zamanla quruyaraq yox olacaq.  Məsələn, su yosunlarının yaşadıqları mühitləri düşünək. Təkamülçülər tərəfindən su yosunlarının tərk etdikləri sular yosunların yaşamalarını təmin etmək üçün sərhədsiz imkanlar təqdim etməkdə idi. Məsələn, sular onları həddindən artıq istilərdən qoruyub təcrid edir, ehtiyacları olan inorqanik mineralları təmin edirdi. Eyni zamanda da fotosintez yolu ilə günəş şüalarını udaraq, suda həll olan karbondioksiddən  karbohidratlar (şəkər və nişasta) əmələ gətirirdilər. Su, su yosunlarının həm fiziki xüsusiyyətləri, həm də funksiyalarını reallaşdıran sistemlər üçün son dərəcə ideal bir mühit idi. Yəni su yosunlarının həyatlarını rahat şəkildə davam etdirdikləri sulardan çıxıb quruya keçmələri üçün heç bir səbəb yoxdur. Qaldı ki, yosunların ümumi strukturları da quruda yaşamağa uyğun deyildi.
Bu vəziyyəti bir insanın dünyada yaşaya biləcəyi ideal bir mühit olmasına baxmayaraq, (tənəffüs, qidalanma, çoxalma və s. şərtlər) yer üzünü tərk edib kosmosda başqa bir planetdə yaşamasına bənzədə bilərik. İnsan ancaq ideal dünya şəraitində yaşaya bilər. Dünyanı tərk edib başqa planetə getdiyi andan etibarən yaşaması mümkün deyil. Bunun reallaşması nə qədər qeyri-mümkündür, su yosununun da suyu tərk edərək quruda yaşaması o qədər qeyri-mümkündür.
Bu həqiqətlər qarşısında təkamülçülərin klassik tezisləri, su yosunlarının özlərini quruda yaşamaq üçün adaptasiya olunduqları fantaziyasını qarşıya qoyur. Aydındır ki, bir yosunun quruya keçməsinə qərar verməsi, bunun üçün lazımlı fizioloji dəyişiklikləri öz orqanizmində reallaşdırması, sonra da quruya keçməsi normal bir ağıla sahib olan hər kəsin nə dərəcə qeyri-mümkün və axmaq olduğunu rahatlıqla görə biləcəyi bir fantaziyadır. Canlılar içində ən üstün olan, ağıl, şüur, iradə sahibi insanın belə, fərqli mühitdə yaşamasını təmin edən hər hansı bir dəyişikliyi öz bədənində reallaşdırması mümkün deyil. Məsələn, bir insan uçmaq istəsə, özündə qanad meydana gətirə bilməz, ya da suda yaşamaq istəsə, ağciyərlərini qəlsəməyə çevirə bilməz. Burada isə heç bir ağıla, şüura, iradəyə, qərar vermə, mühakimə etmə, qiymətləndirmə qabiliyyətinə sahib olmayan, öz orqanizmi üzərində heç bir dəyişiklik edə bilməyən bir "yosun"dan danışılır.
Bildiyimiz kimi, su yosununun quruya keçmək və quruda yaşamaq kimi bir şansı yoxdur. Quruya çıxdığı anda, quruda yaşayan hər hansı bir bitki kimi rahat yaşaya bilməsi üçün qüsursuz işləyən bir çox mexanizmə sahib olmalıdır. Bu mexanizmlərə sahib olması üçün də bu xüsusiyyətlər onun DNT-sində əvvəldən qeydli olmadır. 1800-cü illərin sonunda məşhur bioloq Qreqor Mendel təcrübələrində bitkilərdən istifadə edərək canlılardakı irsilik qanunlarını ortaya çıxarmış, bitkilərin və digər canlıların xüsusiyyətlərinin xromosomlar yolu ilə yeni nəsillərə daşındığını ortaya qoymuşdur. Yəni hər canlı növü öz DNT-sində öz xüsusiyyətlərini nəsildən-nəsilə ötürərək qoruyur. Nəticədə ortaya çıxan həqiqət budur: Ən çətin şəraitdə belə su bitkisinin quru bitkisinə çevrilməsi qeyri-mümkündür.